RSS: Yazılar



,,,

Sentyabr 19, 2009 17:46, Bölməsiz, arastu, Şərhlər(3)

içimdə bir ayıq div var ,

ən kültürsüzün biriyəm

yetişmirsənki!

düşün

iki milyard il sonranı !

bax dem dodaqlarıma

sınıram ...

içimdə yatırsana bu divi !

 
Baxış sayı: 102
Açar sözlər:

Ümid yaşar oğuzcan 1926 -1984 > türkiyə >

İyul 27, 2009 8:51, Bölməsiz, arastu, Şərhlər(0)

Dağ başında bir afçı kölbəsi ,

Yerlər diz boyu kar

Ocakda atəş

Dişarda rüzgar

Hadi gəl !

Öncə sevişməliyiz uzun – uzun ,

Yerdəki ayı pustunun ,

Üzərinə uzanmalıyız !

Bütün vucudunu ,

Santimetrə xanalara ayırıb

Birər – birər öpməliyim !

Və sonra sım – sıkı sarılmalıyım sana

Böyləcə ölməliyiz !

Aradan yıllar keçib ,

Bizi bulduqları zaman

ətlərimiz çürümüş olsada ,

kəmiklərimiz ayrılmamalı bir – birindən !

hadi gəl

nəfəs almaq hünər deyil ,

səninlə ölmək istiyorum !

 

 
Baxış sayı: 96
Açar sözlər:

Sevgi

İyul 19, 2009 21:31, Bölməsiz, arastu, Şərhlər(2)

Şairin oldum

gözlərin yaddaşımda ,

dəli qanlı hərflərə döndü...

mən sənin sevgindən

bir uca boy heykəl yondum

və səni əbədi yüksəltdim

ürəyim meydanında   !

 
Baxış sayı: 119
Açar sözlər:

-----

İyun 28, 2009 9:31, Bölməsiz, arastu, Şərhlər(0)

 

 -  insanın biri insan

 =  insan özünsən

      iki kəpənək dalaşırdı     !

 
Baxış sayı: 108
Açar sözlər:

şehli güzgülər

İyun 3, 2009 14:34, Bölməsiz, arastu, Şərhlər(2)

Sızmasa barmaqlarıma qadan əlim qələm tuturmu heç  , və yazılırmı döyüntülərim . olmazsan , qapıda hətta hürməz köpəklərim və qışım qarlamaz . uzun zaman susar cibdə telefonum və pozular sinirlərim . olmursan ki , inansana yatağım xəstə xanalara köçür , tutar ürəyim , anam ağlar ! o zaman , buz bağlamazmı pəncərələrim və ampullar sökməzmi damarlarımı !... ancaq çalışıram ki inanım . inanım ki durnalar qayıdacaqlar və tüfənglərin lüləsində hörümcəklər tor atacaqlar . bollu güləcəyik və şehli güzgülərdə çəkdiyin körpülər bizə yol verəcək . adını xiyabanlara deyil planetlərə qoyacaqlar . sən olacaqsan  və yazılacaq döyüntülərim və tutacaq əlim qələm və telefonum çağıracaq məni . göm göy qarqılar kimi rəqs edən dalğalı əllərin , qar boyalı qu kimi qonacaq çiyinlərimə . sən varsan ! elə bütün mövsümlərin dəyişikliyində  və qapıda hürən köpəklərin sevincində . Sənə nələr yazardım keşkə bəstəkar olsaydım . sənə nə heykəllər yapardım keşkə bacarsaydım .e…y fırtınaları telinə taxan qız , qasırğalara yoldaş olan şafaq ; səni yoluna sərilən bu yorğun əllər gözləyir . birgə adladığımız o qumlu sahilləri indi birər – birər dolaşıram sənsiz . necə yaşaram  param parça , olmazsan əyər … 
Baxış sayı: 147
Açar sözlər:

...

Aprel 28, 2009 14:40, Bölməsiz, arastu, Şərhlər(0)

 

 səslənsənəm

           ay  naz !

qara laklı dırnaqların

               hankı çiyinlərə yaslıdır

bağır  o

ağ kifində kimin itgin meyidini daşıyırsan !

boynında kı zəncirmi

hansı qərinənin türmə badağıdır!

və səndə o tana ,

       hankı qara quldan danışır !

ay  naz !

      yolda avariya ölüsü vardı ;

çadranı

üzərinə çəkir -

               gəlibsənmi ?

qorxunu neylədin

rəngin hara qaçıb

bağır ay  naz !

partladı ürəyimiz ...

 
Baxış sayı: 163
Açar sözlər:

Sevgi

Aprel 15, 2009 23:08, Bölməsiz, arastu, Şərhlər(1)

 

çatışmamazlıqdır sevgi .

məndə çatır ,

                     sevmirəm

sevgi  isarətdir ,

mən sevmirəm

                     və azadam   !

 
Baxış sayı: 189
Açar sözlər:

Səs

Mart 5, 2009 23:39, Bölməsiz, arastu, Şərhlər(0)

 Doldu hər yanına sıra – sıra soyuq nəfəslər kimi . duranmadı arxa pəncərənin baxdığı okeana . sərt dəmir kimi daş baxışlarında ölümdən savayi bir qoxu doğmurdu . partlaq yolun yarıq – yarıq enişindən yorulmuşdu sankı . dinmədi , ancaq qışların buzladığı , ruhunun enilməzliyində dondu . yorğunca çevrilsədə bu mövsümün varaqları , qaranlığı bir qığılcımca olsada dandı . nə o və nə başından itməz sevdası , çilələrin qar uşqunu qarşısında amansız qurşunlar kimi yağmaqdan durmadı, səs dağıldı uçurumlara və açdı uzaqların və qurtarmazlıqların dan küləyi saçlarında ılıq – ılıq deyil qasırğa – qasırğa onun , mənim və sənin nəfəslərindədə .Balıq qulağılar rəng- rəng arxa pəncərənin şişəsinə düşürlər , çimərliklərin sərinliyi kimi  və bu an istini dadmaq kimi , sezmək kimi bir axın süzülür damarlara o hər an varırsa qapıdan !Getmək hələdə gözəldir ! və mən ondan , onca buludları xaltalayan gözəlliyindən qaçaraq getdim ən uzaq adaların peşincə , köpüklü ləpələrin üzərində ucalar , enər martıların bilinclərilə . suçum bütün bayraqları bir ağ bayrağa köçürmək və partlaq yolların yarıqlarını ulduzla dolmaqdı . dolmadı nə yarıq və nə bayraq ; süngü kimi yanar daşlar ötdü qırmızı göydən və depremlər ən sevdiyim şəhəri titrədilər ! nə yazıqlar kı örtüldü rəng – rəng balıq qulağıları şışəsinə düşən pəncərələr və usandı havası o evləklərin ! ılıq – ılıq deyil qasırğa – qasırğa onun , mənim və sənin nəfəslərində ...  
Baxış sayı: 173
Açar sözlər:

...

Fevral 14, 2009 23:35, Bölməsiz, arastu, Şərhlər(1)

 

 Tırasda

    sancaqlanmış

      mavi kəndirə

            rəngli paltarların ;

  biri ilə yaxından tanışam !

 
Baxış sayı: 189
Açar sözlər:

. . .

Yanvar 14, 2009 10:12, Bölməsiz, arastu, Şərhlər(1)

 

 diskindi atüşgə ;

 qopdu

             dəmir yolu altı ırmaq ,

 çörbələr çözüldülər

                            çığlıq salaraq ...

  qapıya dadanıq darğalar ,

                  xırsızca : " . . . qurtardı "  dedilər

    uzaqda bir əklil !

                         bayıldı

                             xanım anam

                                  xatın anam

 
Baxış sayı: 237
Açar sözlər:

  Yazılar cəmi: 43    Sonrakı səhifə »